Bakıda hündürmərtəbəli binada yanğın olub - FOTO

09:26 - 24 İyul 2024

Bakıda hündürmərtəbəli binada yanğın olub - FOTO

Bakının Yasamal rayonunda yaşayış binasında yanğın olub.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Əbdülrəhim bəy Haqverdiyev küçəsində yerləşən yeni tikili binanın 4-cü mərtəbəsində baş verib. Yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat daxil olub.

Dərhal 5 yanğınsöndürmə maşını və canlı qüvvə hadisə yerinə cəlb olunub.

Binanın sakinləri təxliyyə edilib. Yanğın qısa müddətdə tamamilə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Mütəxəssislər yanğının səbəblərini araşdırır.



Xəbər xətti

7 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin