Dünyanın ən isti günü qeydə alındı

23:19 - 23 İyul 2024

Dünyanın ən isti günü qeydə alındı

İyulun 21-i bütün dünyada “ən isti gün” kimi qeydə alınıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) Kopernik peyk izləmə sistemi ilə aparılan ölçmələrə görə, 21 iyulun yaxın tarixdə qlobal miqyasda qeydə alınan "ən isti gün" olduğu bildirilib.

Copernicus İqlim Dəyişikliyi Xidmətindən verilən açıqlamada, 21 İyul Bazar günü dünya üzrə qeydə alınan orta səth havasının temperaturu Selsi üzrə 17,09 dərəcəyə çatdığı bildirilib.

İqlim dəyişikliyi səbəbiylə gələcəkdə oxşar rekordların qırıla biləcəyi vurğulanıb.

 

 


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin