Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər - Menyu 400 manat
27 Noyabr 2024
20:40 - 23 İyul 2024
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, ev 3b ünvanında fəaliyyət göstərən fiziki şəxs Sadiqov Elsevər Sadıq oğluna məxsus çörək sexində plandankənar yoxlama aparılıb.
Manset.az xəbər verir ki, agentlikdən bildirilib ki, yoxlama zamanı qida obyektində gigiyena qaydalarına əməl olunmadığı, çirklənməyə qarşı müdafiə tədbirlərinin tətbiq edilmədiyi, zərərvericilərlə mübarizə üçün şərait yaradılmadığı aşkarlanıb. Eyni zamanda, müəssisədə çalışan işçi heyətin tibbi müayinədən keçmədiyi, istifadə olunan alət və avadanlıqların təmizlənməsi üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi müəyyən edilib. Həmçinin obyektdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin də aparılmadığı məlum olub.
Aşkarlanmış nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin