Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
10:03 - 30 Oktyabr 2021
İmişlidə 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı bəzi detallar məlum olub.
Manset.az xəbər verir ki, Baku TV-nin əməkdaşları azyaşlının ailəsində olub. Bildirilib ki, ana Ş.G 27 oktyabr tarixində qızını götürərək qayınatası evinə gəlib və orada bildirib ki, qızının qarnına su yığılıb, onu həkimə aparmaq lazımdır. Ailənin sözlərinə görə, bundan sonra azyaşlının nənəsi ilə birgə qızı götürərək həkimə gediblər və orada məlum olub ki, 11 yaşlı qız 31 həftəlik hamilədir.
Məlumata görə, 11 yaşlı qızın anasının həyat yoldaşı bir neçə il əvvəl vəfat edib. Bundan sonra qadın rayon sakini F.Q ilə qeyri-rəsmi birgə yaşamağa başlayıb. “O, bir il beş ay bizdə qaldı, burada söz-söhbət olmadı. Getdi atasının evinə, mənim sinif yoldaşım ona elçi getdi, aldı. Yaxın vaxtlarda bilmişik ki, qızı zorlayıb. Dünən uşaq dünyaya gətirib. İndi uşağın harada qalması sual altındadır. Ana tərəfi istəmir, ata tərəfi istəmir”, - bu sözləri qızın əmisi bildirib.
Həmin şəxsin qızı bir neçə dəfə zorladığı iddia edilir. Əminin iddiasına əsasən, ana hadisəni bilərəkdən gizlədib.
Qeyd edək ki, faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
***
İmişli Rayon Prokurorluğundan isə “Qafqazinfo”ya verilən açıqlamada bildirilib ki, hazırda başlanan cinayət işinin istintaqı zamanı heç kim saxlanılmayıb: “Biz hələ hər hansı bir şəxsi nə şübhəli, nə də təqsirləndirilən şəxs qismində cəlb etmişik. Cinayəti etiraf edən şəxs də yoxdur. Biz DNT eskpertizası təyin etmişik. Ekspertin rəyi olmadan kiməsə ittiham verə bilmərik. Hazırda ekspertin rəyini gözləyirik. Yaxın müddətdə cinayəti törədən şəxs müəyyən ediləcək və bununla bağlı Baş Prokurorluq tərəfindən ictimaiyyətə məlumat veriləcək”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin