Mərkəzi Elmi Kitabxana oxucular üçün xidmət vaxtını uzadıb

09:37 - 30 Oktyabr 2021

Mərkəzi Elmi Kitabxana oxucular üçün xidmət vaxtını uzadıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) iş rejimində dəyişiklik edilib.

 

Bu barədə Manset.az-a AMEA-dan məlumat verilib.

Qeyd olunub ki, oxucuların çoxsaylı xahişləri nəzərə alınaraq, AMEA rəhbərliyinin dəstəyi, MEK rəhbərliyinin təşəbbüsü ilə Mərkəzi Elmi Kitabxanada oxucular üçün xidmət vaxtı noyabr ayının 1-dən etibarən uzadılır.

Artıq MEK həftəiçi beş gün saat 10:00-dan 20:00-dək oxucuların xidmətində olacaq.

Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq iki ilə yaxın onlayn xidmət həyata keçirən Mərkəzi Elmi Kitabxana 2021-ci il oktyabrın 15-dən etibarən fəaliyyətini yenidən bərpa edib. Qapılarını oxuculara yenidən açan MEK tərəfindən bir sıra yeniliklər də edilib. MEK-də ilk dəfə olaraq, AMEA-nın əməkdaşları, magistrantları, dissertant və doktorantları, Qarabağ və Vətən müharibəsi qaziləri, habelə şəhid ailələri və veteranların ailələri, eləcə də yaşı 75-dən yuxarı olan şəxslər üçün oxu zallarından, kitab və kitabxana fondlarına məxsus sənədlərdən istifadə ödənişsiz əsaslarla həyata keçirilir.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin