"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür" - Spikerdən deputatlara İRAD
27 Noyabr 2024
12:40 - 23 İyul 2024
İyulun 23-ü saat 7 radələrində 22 yaşlı Ayşən Kazımovanın Abşeron rayonu Xırdalan şəhəri ərazisində hündürmərtəbəli binadan yıxılması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon Prokurorluğundan Manset.az-a verilən xəbərə görə, araşdırma zamanı 2002-ci təvəllüdlü Hüseyn Kazımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atması nəticəsində sonuncunun çoxsaylı bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.
Ayşən Kazımova xəstəxanaya yerləşdirilib, vəziyyəti hazırda ağır qiymətləndirilir.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Hüseyn Kazımov iş üzrə şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin