Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
08:33 - 30 Oktyabr 2021
İtaliya paytaxtı Romada keçirilən “Böyül iyirmilik” (G20) sammitində ilk dəfə koronavirusa yoluxma halı aşkarlanıb.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın paytaxtı Romanın Latsio vilayətinin səhiyyə naziri Alessio Damato bildirib.
Onun sözlərinə görə, ilk yoluxma halı jurnalistdə qeydə alınıb. Britaniyalı qadın jurnalist sammitdə belə hallar üçün qurulmuş COVID-19 hotelinə yerləşdirilib.
Qeyd edək ki, ikigünlük sammiti işıqlandıran jurnalistlər tədbirə gəlməzdən 48 saat əvvəl akkreditasiya məntəqəsində testdən keçməklə və ya mənfi test nəticəsi göstərməklə yoluxmadıqlarını sübut etməlidirlər. Xarici jurnalistlər İtaliyaya gəlməzdən iki gün əvvəl COVID-19 testindən keçməlidirlər. Bütün hallarda peyvəndlənmə və ya infeksiyadan mümkün sağalma nəzərə alınmır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin