COVID-in yeni ştammı bu ölkəni cənginə aldı

10:17 - 23 İyul 2024

COVID-in yeni ştammı bu ölkəni cənginə aldı

FLIRT kimi tanınan yeni koronavirus variantı isti havalara baxmayaraq, Niderlandda yoluxma dalğasına səbəb olub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Erasmus Universitetinin Rotterdam Tibb Mərkəzinin virusologiya üzrə professoru Marion Kopmans məlumat verib.

Onun sözlərinə görə, virusun yayılma dərəcəsinin ən dəqiq göstəricisi onun çirkab sulardakı miqdarıdır. Belə ki, çirkab sulardakı virus hissəciklərinin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 dəfə çoxdur.

Lakin ekspertin sözlərinə görə, xəstəliyin indiki dalğası əvvəlkilərlə müqayisə oluna bilməz.

"Koronavirus indi əvvəlkindən daha az ciddi nəticələrə səbəb olur. Məsələn, yoluxma hallarının artmasına baxmayaraq, hazırda xəstəxanaya yerləşdirilənlərin sayı demək olar ki, artmır", - ekspert bildirib.

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

13 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin