Cənub bölgəsində 3 məsciddən oğurluq edildi

18:34 - 22 İyul 2024

Cənub bölgəsində 3 məsciddən oğurluq edildi

Lənkəran rayon Şağlaser kənd məscidinin içərisindəki nəzir qutusu sındırılaraq içindəki pul oğurlanıb.

 

Manset.az xəbər verir ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə əməli törədən Zülfi Nəzərli müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun bundan əvvəl analoji əməllərə görə məhkum olunduğu müəyyən edilib. Belə ki, o əvvəllər Masallıda 1, Lənkəranda 2 məsciddən oğurluqlar edib.

Araşdırma aparılır.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin