"Ceyhunun idarə rəislərimizi və əməkdaşlarımızı quldur adlandırmasını bilməmişəm" - Zaur Mikayılov
30 Oktyabr 2024
10:02 - 22 İyul 2024
ABŞ-nin vitse-prezidenti Kamala Harrisin seçki qərargahı 55 milyon dollardan çox ianə toplayıb.
Manset.az xəbər verir ki, bu barədə məlumatı “Politico” qəzeti yayıb.
Bildirilir ki, ABŞ-nin hazırkı Prezidenti Co Bayden seçki yarışından geri çəkildiyini elan etdikdən sonra ilk 5 saat ərzində Harrisin seçkiqabağı kampaniyası üçün 27,5 milyon dollar ianə toplanmışdı.
Xatırladaq ki, C.Bayden iyulun 21-i seçki yarışından geri çəkildiyini elan etdikdən sonra prezident seçkilərində vitse-prezident Kamala Harrisi dəstəklədiyini bəyan edib. K.Harris isə öz növbəsində hazırda ABŞ prezidentliyinə əsas namizəd Donald Trampı məğlub etmək üçün əlindən gələni edəcəyini bildirib.
Onu da qeyd edək ki, “Politico”nun daha əvvəl yaydığı məlumata görə, iyun ayının sonunda Baydenin seçkiqabağı kampaniyası üçün təqribən 95 milyon dollar ianə toplanıb. Baydenin geri çəkilməsindən sonra bu məbləğ Harrisin kampaniyası üçün yönləndiriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin