Böyük Britaniya peyvənd olunmuş Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verəcək

23:15 - 29 Oktyabr 2021

Böyük Britaniya peyvənd olunmuş Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verəcək

Böyük Britaniya Azərbaycanı vaksin sertifikatının olması təqdirində ölkəyə giriş hüququ olan ölkələr sırasına daxil edəcək.\

 

Manset.az "Ölkə.Az"ın məlumatına görə, bu barədə Böyük Britaniya səfiriliyi məlumat verib.

Qeyd olunur ki, Azərbaycan bu siyahıya noyabrın 1-dən daxil olunacaq.

Hazırda Böyük Britaniya "Oxford/AstraZeneca", "Pfizer BioNTech", "Moderna" və "Janssen" vaksinlərinin hər iki dozası peyvəndlənmiş şəxslərin vaksin pasportlarını qəbul edir.

Qaydalara əsasən, vaksinin ikinci dozasının qəbulundan 14 gündən az olmyaraq vaxt keçməlidir.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin