Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
21:18 - 29 Oktyabr 2021
İngiltərə ilə Fransa arasında gərginlik artır. Fransalı nazirin dünənki hədələyici bəyanatları İngiltərə hökumətini qəzəbləndirib.
İngiltərə Xarici işlər naziri Liz Truss Fransa səfiri Katerina Kolonnanı nazirliyə çağıraraq ölkəsinin Avropa üzrə dövlət katibi Vendy Mortonun İngiltərə əleyhinə təhdidlərinə görə izahat tələb edib.
Nazir Fransanın əsassız təhdidlərini pisləyib.
Fransanın Avropa Birliyi işləri üzrə dövlət naziri Klement Bon isə verdiyi açıqlamada İngiltərə hökumətinin davam edən balıqçı problemi ilə bağlı yalnız “güc dili”ni anladığını və ingilis gəmilərinin ölkənin limanlarına girişin mümkün olmayacağını bildirib.
Fransa hökumətinin sözçüsü Qabriel Attal da, davam edən balıqçı problemi səbəbindən İngiltərəyə qarşı 2 noyabr tarixindən etibarən cavab tədbirləri görəcəklərini açıqlayıb.
2021-ci ildə balıq ovu kvotalarının müəyyən edilməsi ilə bağlı AB və Böyük Britaniya arasında aparılan danışıqlarda konsensus əldə edilib, amma xüsusilə fransız balıqçılar müəyyən olunmuş ərazilərdə fəaliyyət göstərə bilməyiblər. Cersi adasının yerli administrasiyası öz ərazi sularında balıq tutmağa davam etmək istəyən Fransanın balıqçı gəmilərindən keçmiş fəaliyyətlərinə dair hesabat təqdim etmələrini istəyib. Bu, İngiltərə və Fransa arasında gərginliyə səbəb olub. / teleqraf.com
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin