Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
20:16 - 29 Oktyabr 2021
Gürcüstanda dövlət çevrilişinə hazırlıqla bağlı planlar olub.
Manset.az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilən brifinqdə bildirilib.
Qeyd olunub ki, üçüncü prezident Mixeil Saakaşvilinin tərəfdarları dövlət əleyhinə hərəkətlər həyata keçirmək niyyətində olublar. Onlar sabiq dövlət başçısının xəstəxanaya və ya digər həbsxanaya köçürüləcəyi halda yolları bağlamaq, xaos və nəzarət olunmayacaq vəziyyət yaratmaq barədə düşünüblər.
DTX bu planların müzakirə olunduğunu sübut edən səsyazısı da təqdim edib.
Faktla bağlı Cinayət Məcəlləsinin Konstitusiya quruluşunun zorla dəyişdirilməsi, dövlət çevrilişi, hakmiyyətin ələ keçirilməsinə yönələn hərəkətlər maddəsi üzrə istintaq aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin