57 yaşlı qadın öldürüldü - Oğlu şübhəli şəxs kimi saxlanıldı

10:30 - 20 İyul 2024

57 yaşlı qadın öldürüldü - Oğlu şübhəli şəxs kimi saxlanıldı

İyulun 20-də saat 08 radələrində paytaxtın Qaradağ rayonu Ümid qəsəbəsində 1967-ci il təvəllüdlü Şükürzadə Aybəniz Məhəmməd qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Manset.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu - 1991-ci il təvəllüdlü Kamran Etibar oğlu Şükürzadə saxlanılıb. O, polisə könüllü gəlib.

Qaradağ Rayon prokurorluğundan isə bildirilib ki, 1991-ci il təvəllüdlü Kamran Şükürzadənin şəxsi münasibətlər zəminində anası Aybəniz Şükürovanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamran Şükürzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin