Prezident yeni salınan parkla tanış oldu - FOTO
30 Oktyabr 2024
20:07 - 19 İyul 2024
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə ötən ildən tətbiqinə başlanılan “Himayədar ailə” qayğı modeli çərçivəsində Nazirlik tərəfindən görülən işlərə və qarşıda duran hədəflərə dair iclas keçirilib.
Manset.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, iclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli “Himayədar ailə” qayğı modelinin valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində qayğı əhatəsində böyüməsi və inkişafında önəmli rolunu qeyd edib.
Bu yeni modelin tətbiqi ilə uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində geniş imkanlar açıldığı vurğulanıb.
Uşaqların müəssisələrə düşməsinin qarşısının alınması, müəssisələrdə olan uşaqların reinteqrasiyası istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Qeyd olunub ki, “Himayədar ailə” qayğı modeli çərçivəsində Nazirlik tərəfindən cari il ərzində 20 uşaq himayədar ailələrə verilib. Reinteqrasiya tədbirləri nəticəsində 123 uşaq müəssisələrdən öz ailələrinə qaytarılıb.
“Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların müqavilə əsasında müvəqqəti olaraq ailə yanında yerləşdirilməsini, onların dövlət nəzarəti altında ailə mühitində böyüməsini və inkişafını nəzərdə tutan alternativ uşaq qayğı modelidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin