Daha bir diplomat Rusiyadan qovulur

17:33 - 10 İyun 2021

Daha bir diplomat Rusiyadan qovulur

Rusiya Şimali Makedoniya səfirliyinin bir əməkdaşını ölkədən çıxarır.

Manşet.az xəbər verir ki, 10 iyun tarixində Şimali Makedoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Oliver Çauşevskaya-Dimovskaya Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib və burada səfirliyin bir diplomatının persona non-qrata elan edilməsi barədə nota təqdim olunub.

"Bu tədbir Şimali Makedoniya tərəfinin may ayında Rusiya səfirliyinin diplomatını persona non-qrata elan etməsinə dair əsassız qərara cavabdır", - XİN-dən bildirib.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin