Ermənistan Naxçıvana gediş-gəliş üçün Azərbaycana yol verəcək - AÇIQLAMA

15:28 - 29 Oktyabr 2021

Ermənistan Naxçıvana gediş-gəliş üçün Azərbaycana yol verəcək - AÇIQLAMA

"Onlara (Azərbaycan tərəfini nəzərdə tutur - red.) Naxçıvana gediş-gəlişi üçün yol verilməlidir”.

Manset.az “Joxovurd”a istinadən bildirir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatı Qaqik Melkonyan deyib.

Onun sözlərinə görə, bu məsələ yaxın günlərdə Moskvada keçiriləcək rəsmi görüşdə müzakirə ediləcək.

“Biz onlara dəmir yolu və ya avtomobil yolu veririk. Onlar Naxçıvana gediş-gəliş imkanı əldə etməlidir”, - deputat vurğulayıb.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin