Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
14:12 - 19 İyul 2024
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə iyulun 18-də Şuşada başlanan Vaqif Poeziya Günləri açılış mərasimindən sonra rəngarəng tədbirlərlə davam edib.
Manset.az xəbər verir ki, günə Xurşidbanu Natəvanın evinin qarşısında etnocaz konserti ilə yekun vurulub.
Konsertdə cazmen, pianoçu, Əməkdar artist Emil Əfrasiyab rəngarəng proqramla çıxış edib. Onu Əməkdar artist İsgəndər Ələsgərov (zərb alətləri) və Elvin Nəbiyev (bas gitara) müşayiət ediblər.
Konsertdən əvvəl tamaşaçıları salamlayan Emil Əfrasiyab Şuşada keçirilən Vaqif Poeziya Günlərinin tarixi əhəmiyyətindən söz açıb. Bildirib ki, azad Qarabağ müasir, müstəqil Azərbaycanın simvoluna çevrildiyi kimi Vaqif Poeziya Günləri də azad Şuşanın simvoluna çevrilib.
O, ilk dəfə Şuşada təşkil oluna etnocaz konsertinin hər bir dinləyicinin yaddaşında uzun zaman qalacağını söyləyib və belə konsertlərin qala-şəhərimizdə bundan sonra daha tez-tez təşkil olunacağına inamını ifadə edib.
Sonra bir-birindən maraqlı ifalar təqdim olunub. Proqramda “İki dünya”, “Əlavə iz”, “And I love her”, “Aziza”, “Rainy Day”, “Ataya məktub”, “Fantaziya”, “Prayer”, “Nueva” və digər musiqi nömrələri səslənib.
Konsert tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb. Qeyd edək ki, Vaqif Poeziya Günlərinə iyulun 19-da yekun vurulacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin