Beyləqanda külli miqdarda narkotik vasitə aşkarlandı - FOTO

14:56 - 29 Oktyabr 2021

Beyləqanda külli miqdarda narkotik vasitə aşkarlandı - FOTO

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Manset.az-a verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarına rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərlə bağlı məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Gəncə şəhər sakinləri Əli Abbasov və Emin Nağıyev rayon ərazisində saxlanılıblar.

Şəxsi baxış keçirilən zaman Ə.Abbasovdan 3 kiloqramdan artıq tiryək, 1 kiloqram 900 qram heroin və 1 kiloqram 800 qram “patı” adlandırılan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.



Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin