Kosmonavt AVRO-2020-nin oyununu kosmik mərkəzdən izlədi

08:24 - 25 İyun 2021

Kosmonavt AVRO-2020-nin oyununu kosmik mərkəzdən izlədi

Fransalı kosmonavt Toma Peske Avropa çempionatının Portuqaliya - Fransa görüşünü Beynəlxalq Kosmik Stansiyadan (MKS) canlı izləyib.

Manset.az  xəbər verir ki, bu barədə Peskenin özü şəxsi tvitterində məlumat paylaşıb.

"Fransa - Portuqaliya matçına baxıram. AVRO-2020-də qrupumuz elə də asan deyil. Lakin bu, matçlara yalnız maraq qatır" deyə o vurğulayıb.

Qeyd edək ki, III tura təsadüf etmiş görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Nəticədə Fransa 5, Almaniya və Portuqaliya isə hərəyə 4 xalla 1/8 finala yüksəlib. 2 xala malik Macarıstan isə qrupda qalıb.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin