Azərbaycan Olimpiya komandasının formaları nümayiş etdirildi - FOTO

23:25 - 17 İyul 2024

Azərbaycan Olimpiya komandasının formaları nümayiş etdirildi - FOTO

Milli Gimnastika Arenasında Azərbaycan Olimpiya komandasının formaları nümayiş etdirilib.

 

Manset.az idman.biz-ə istinadən xəbər verir ki, geyimlər Belçikanın "Konkordiya" şirkəti tərəfindən hazırlanıb.

Xüsusi dizaynda hazırlanmış idman geyimlərində Azərbaycan atributları yer alıb. Formalar parad, sərbəst və məşq dəstlərindən ibarət olub.

Formaları Paris-2024 Olimpiadasında çıxış edəcək idmançılar nümayiş etdiriblər. Səhnədə Rafiq Hüseynov, Sənan Süleymanov, Uşanqi Kokauri, Selcan Mahsudova, Gültac Məmmədəliyeva kimi olimpiyaçılar yer alıblar.



Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin