Prezident yeni salınan parkla tanış oldu - FOTO
30 Oktyabr 2024
18:33 - 17 İyul 2024
Sabah Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, iyulun 18-də saat 10:00-dan etibarən Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən orta təzyiqli qaz kəmərində aparılacaq təmir-quraşdırma işləri ilə bağlı yüksək təzyiqli magistral qaz kəməri üzərində quraşdırılmış "Qaraçuxur əhali" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə-Qorqud, Bahar yaşayış massivləri, MİDA yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin