Prezident yeni salınan parkla tanış oldu - FOTO
30 Oktyabr 2024
10:48 - 17 İyul 2024
Amerika Kubokunu qazandıqdan sonra argentinalı futbolçuların irqçi şüarlar səsləndirməsinə görə Fransa Futbol Federasiyası Beynəlxalq Futbol Federasiyasına (FİFA) müraciət edəcək.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb "Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandesin yayımladığı videoda argentinalı futbolçuların fransızlar haqqında təhqiramiz şüarlar səsləndirmələridr.
Fransa tərəfi, həmçinin Argentina Futbol Federasiyasına müvafiq tədbirlərin görülməsini tələb edən məktub göndərməyi planlaşdırır.
Amerika Kubokunun finalında Argentina Kolumbiyaya əlavə vaxtda qalib gəlib - 1:0. Bu görüşdə yeganə qolu 112-ci dəqiqədə İtaliya "İnter"inin hücumçusu Lautaro Martines vurub. Lionel Messi matçı başa vura bilməyib. O, 66-cı dəqiqədə topuğundakı zədə səbəbindən meydanı tərk edib.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin