Azərbaycanda zəlzələ oldu

09:00 - 17 İyul 2024

Azərbaycanda zəlzələ oldu

Quba rayonunda 3.2 maqnitudalı, Gürcüstan-Azərbaycan sərhədində isə 4.8 maqnitudada zəlzələ olub.

 

Manset.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Qubada  yeraltı təkanlar Xınalıq stansiyasından 12 km qərbdə qeydə alınıb.

Zəlzələ ocağı 43 kilometr dərinlikdə yerləşib və hiss olunmayıb.

Gürcüstan-Azərbaycan sərhədində yeraltı təkanlar Zaqatala stansiyasından 61 km cənub-qərbdə Gürcüstan ərazisində qeydə alınıb.

Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin