Məcburi köçkünləri söyən şəxs barədə araşdırma başlandı

10:50 - 29 Oktyabr 2021

Məcburi köçkünləri söyən şəxs barədə araşdırma başlandı

“İnstagram”da canlı yayım açıb bütün məcburi köçkünləri təhqir edən Bakı sakininin videosu sosial şəbəkələrdə paylaşılıb.

Manset.az xəbər verir ki, həmin şəxs hər cümlədə qaçqın və məcburi köçkünləri ağır söyüşlərlə təhqir edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a hazırda bununla bağlı araşdırma aparıldığını bildirib:

“DİN sözügedən video ilə məlumatlıdır. Hazırda həmin faktla bağlı araşdırma aparılır”.



Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin