Prezident bu mərkəzləri ləğv etdi - SƏRƏNCAM
21 Noyabr 2024
14:17 - 11 İyul 2024
Bütün sahələri əhatə edən inkişaf proqramları daim diqqət mərkəzindədir və xüsusilə də elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanmasına xüsusi diqqət ayrılıb. Çünki inkişaf proqramları, xüsusilə də təhsil proqramları ölkənin güclənməsi baxımından ən vacib faktorlardandır. Təsadüfi deyil ki, hər bir ölkənin inkişafı onun elm, təhsil və mədəniyyətinin səviyyəsi ilə ölçülür və məhz buna görə də Azərbaycanda bu istiqamətdə mühüm işlərin görülür, amma buna baxmayaraq, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına hər zaman ciddi ehtiyac var, çünki ölkəni dünyanın yenidən elm-mədəniyyət beşiyinə çevirə bilən məhz bu proqramlardır.
Hər bir ölkənin inkişafının onun təhsili və elminin inkişafı ilə bilavasitə bağlı olduğu ilk növbədə nəzərə alınmalıdır. Doğrudur, Azərbaycanda bu istiqamətdə, yəni təhsilin və elminin inkişafı ilə bağlı işlər görülür, amma bu işlər yenə də davam etdirilməlidir ki, geriləmə olmasın. Çünki, dünyada bu sahədə hər zaman yeniliklərə imza atılır, uğurlar qazanılır və bu baxımdan ölkədə bu proseslərin daha sürətləndirilməsinə ehtiyac duyulur. Beləki, daha geniş işlər görməyə, daha ciddi addımlar atmağa imkanımız və münbit şəraitimiz hər zaman olmalıdır. Məhz bu baxımdan da cəsarətlə söyləyə bilərik ki, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması istiqamətində ciddi islahatların keçirilməsi bütün zamanlarda öz aktuallığını qorumaqdadır.
Mövzu ilə bağlı Manset.az-a danışan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İlqar Orucov bildirib ki, elmi-kütləvi, mədəni-maarif təhsil proqramlarının hazırlanması ilə bağlı ölkəmizdə bir çox mühüm addımlar atılır. Bu sahəyə elm və təhsillə bağlı dövlətin mərkəzi icra hakimiyyəti orqanı kimi Elm və Təhsil nazirliyi nəzarət edir və hazırlanan planların reallaşdırılmasına xidmət edir:
"Sözsüz ki, bu mövzuda digər aidiyyəti qurumların da fəaliyyəti mövcuddur. Azərbaycan televiziyasında Elm və Təhsil nazirliyinin, həmçinin digər dövlət qurumlarının, məsələn, Gənclər və İdman nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi, Azərbaycan Gənclər fondu və s. kimi qurumların birgə əməkdaşlıq çərçivəsində hazırladığı bir çox layihələri görmək mümkündür. Müxtəlif intellektual verilişlər var ki, onlar adını çəkdiyim qurumlar vasitəsilə reallaşır. Bu intellektual verilişlər cəmiyyətin ümumi intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edirlər. Lakin mən düşünürəm ki, elmi-kütləvi, mədəni-maarif proqramlarının və ya həyata keçirilən layihələrin sayı hələ də kifayət qədər çox deyil.
Məncə, Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin, ölkəmizin qəhrəmanlarının, tanınmış elm və mədəniyyət insanlarının həyat və yaradıcılığının təbliğ olunduğu layihələr, maarifləndirmə proqramlarının sayı xeyli artmalıdır. Bu layihələri reallaşdırmaq üçün peşəkarların imkanlarından istifadə düzgün həyata keçirilməlidir. Heydər Əliyev fondunun vitse-prezidenti Mehriban Əliyevanın bu istiqamətdə kifayət qədər qayığısı və diqqəti var. Bu kimi tədbirlərin daha geniş vüsət almasına, kütləviliyin daha çox təmin olunmasına həqiqətən ehtiyac var. Əminliklə deyə bilərəm ki, müvafiq sahədə görülən işlər həm də ölkədə milli ruhun təbliğ olunmasına gətirib çıxaracaqdır.
Ulu öndər zamanında qeyd edirdi ki, Azərbaycan gəncləri savadlı, bilikli, intellektual, həmçinin fiziki və mənəvi baxımdan sağlam olmalıdırlar. Ulu öndərimizin işlərini davam etdirən, azərbaycançılıq ideologiyası ətrafında xalqı səfərbər edən, xalqı birləşdirən müzəffər Ali Baş Komandan, prezident İlham Əliyev təkcə ordu quruculuğu və iqtisadiyyatın inkişafının gücləndirilməsi üçün çalışmadı, o həm də sağlam vətəndaş yetişdirmək naminə ideoloji işi gücləndirdi və daim bu məsələni diqqətdə saxladı. Bütövlükdə bu addımlar elmi kütləvi mədəni maarif proqramlarının düzgün təbliğatından başlayır. Biz mənəvi və fiziki baxımdan sağlam, ideoloji baxımdan intellektual olduqda daha bütöv bir şəxsiyyətə çevrilmiş oluruq".
İlqar Orucov onu da qeyd edib ki, yeni nəsil daha çox yeni informasiya texnologiyalarına maraqlıdır və zənnimcə, onların istəklərinə uyğun müasir şəkildə proqramlar hazırlanmalı və yaş xüsusiyyətləri mütləq nəzərə alınmalıdır:
"Yaş xüsusiyyətləri önəmli məqamdır, çünki gələcək nəslin inkişafı tamamilə fərqli yöndə olacaq. Süni intellekt, informasiyada yüksək texnologiyalar və s. Biz çalışmalıyıq ki, qlobal dalğalar bizim milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına xidmət etsin. Bu işlərdə gerçək səfərbərlik və cəmiyyətin vahid yanaşması çox önəmli rol daşıyır. Müvafiq dövlət qurumları və mətbuatla yanaşı hesab edirəm ki, bu işlərdə qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin potensial və bacarığından da doğru şəkildə faydalanmaq lazımdır. Bizim vətəndaş cəmiyyətimiz bu istiqamətdə müvafiq işlər həyata keçirirlər".
Elm və təhsil eksperti Cahid İmanov bildirib ki, “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu son zamanlar mediada, sosial platformalarda və dövlət qurumlarında aktual olan məsələlərdən biridir:
"Məsələnin geniş aspektdə mahiyyəti ondan ibarətdir ki, bir insanın dünyagörüşünün formalaşması müəyyən bir dövr alır. Bu dövr ərzində dövlət daimi olaraq bu istiqamətdə sistemli iş aparmalı, həmin şəxsi müsbət mənada cəmiyyətə qazandırmalı və özünün insan kapitalına daxil etməlidir. Digər məsələ dünyada sürətlə dəyişən və degenarasiya olunan müəyyən dəyərlərin-istərsə milli, istərsə də ümumbəşəri dəyərlərin qorunub saxlanması, inkişaf etdirilməsi və yenidən gəncliyə qazandırılması istiqamətində olmalıdır. Həmçinin mən düşünürəm ki, Azərbaycanın həm sırf milli maraqları - burada ilk növbədə ərazi bütövlüyümüz prioritet məsələ hesab olunur, həm də Türk birliyi, Turan ideyası önə çəkilməli və daimi olaraq təbliğ edilməlidir. Qeyd edim ki, ayrı-ayrı dövlət və media qurumları, idarə və təşkilatlar bu sahədə özünəuyğun tədbirlər həyata keçirtsələr də, məsələyə kompleks yanaşma vacibdir.
Kompleks yanaşmanın ən əsas elementi variativliyin təmin edilməsidir, yəni bu sahədə tədbirlər bağça yaşından başlayaraq şəxsin məktəb illərini, tələbəlik illərini, yaxud ilk istehsalat illərini, bütövlükdə uşaqlıq, yeniyetməlik və gənclik illərini əhatə etməlidir. 2-ci ən əsas yanaşma isə vahid koordinasiya mərkəzinin yaradılması və görülən tədbirlərin sistemliyinin təmin edilməsidir. 3-cü əsas yanaşma isə kütləvi elmi-mədəni-təhsil tədbirlərinin regionlarımızda, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə də geniş surətdə tətbiqi təmin edilməlidir".
Fidan Əliyeva
6.3.16 Elmi-kütləvi, mədəni-maarif təhsil proqramlarının hazırlanması
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin