Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
08:59 - 29 Oktyabr 2021
Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Feridun Sinirlioğlu Türkiyəni “Suriyada insan haqları qanunlarına əməl etməyə” çağıran Çinin BMT-dəki daimi nümayəndəsinin müavininə sərt reksiya verib.
Manset.az Türkiyə mediasına istinadla xəbər verir ki, Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq BMT Təhlükəsizlik Şurasının Suriya sessiyasında Türkiyəni Fəratda suyun səviyyəsinin azalmasına və “Allouk” su obyektində kəsintilərə görə məsul sayıb və Suriyanın şimal-şərqini işğal etməkdə günahlandıraraq Türkiyəni beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıb.
Sinirlioğlu isə öz növbəsində bildirib ki, “Beynəlxalq insan haqqlarını və humanitar hüquq qanunlarını pozanlardan dərs alası deyilik”.
“Allouk” su obyektindəki problemlərin səbəbinin BMT baş katibinin hesabatında yer aldığını xatırladan Sinirlioğlu vurğulayıb ki, terror təşkilatı PKK/YPG bu məsələdən öz gündəmləri üçün istifadə edirlər.
PKK/YPG-nin sahədə sabitliyi pozan, mülki şəxslərə və Türkiyəyə hücum edən əsas faktor olduğunu bildirən Sinirlioğlu iki həftə əvvəl Afrində törədilən bombalı hücum nəticəsində 6 mülki vətəndaşın həyatını itirdiyini bildirib.
O vurğulayıb ki, PKK/YPG terror təşkilatı suriyalı yezidilərin və suriyalı kürdlərin də evlərinə qayıtmasının qarşısını alıb.
ölkə.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin