Dünyada koronavirusa yoluxma və ölüm sayı yenidən artdı

22:55 - 28 Oktyabr 2021

Dünyada koronavirusa yoluxma və ölüm sayı yenidən artdı

Dünyada COVID-19 virusuna yoluxma halları və virusdan ölənlərin sayı son iki ay ərzində ilk dəfədir ki, artmağa başlayıb.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə bildirib.

Bunu Avropada qeydə alınan artımın başqa regionlardakı azalmanı üstələməsi ilə izah edən təşkilat rəhbəri əlavə edib:

“Hazırkı rəqəmlər COVID-19 pandemiyasının başa çatmasını söyləməyin hələ çox tez olduğunu göstərir”.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin