Aİ-95 sabahdan ucuzlaşır

23:52 - 14 İyul 2024

Aİ-95 sabahdan ucuzlaşır

Sabahdan Aİ-95 markalı avtomobil benzini 40 qəpik ucuzlaşacaq.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb. 

Bildirilib ki, 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzin daxili istehsal hesabına təmin ediləcək.

Avro-5 keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiymətinin 15 iyul 2024-cü il tarixindən bazarın konyukturasına uyğun olaraq, 40 qəpik ucuzlaşaraq 1.60 manat olması nəzərdə tutulub.


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin