Ağsuda sürücü sükan arxasında ürəktutmadan öldü

22:00 - 14 İyul 2024

Ağsuda sürücü sükan arxasında ürəktutmadan öldü

Ağsuda Bakı sakini avtomobil idarə edərkən ürəktutmadan vəfat edib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Ağsu -Kürdəmir yolunun rayonun Muradlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Bakı sakini 1967-ci il təvəllüdlü Abbasov Vüqar Soltan oğlu həmin yolda hərəkətdə olarkən qəfildən halı pisləşib və o, sükan arxasında ürəktutmadan ölüb.

Onun meyiti aidiyyatı üzrə təhvil verilib. Hazırda fakt araşdırılır.


Xəbər xətti

18 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin