"Qalatasaray" İkardi üçün səfərbər oldu

21:15 - 14 İyul 2024

“Qalatasaray”la 2 Superliqa, 1 Super Kubok çempionu olan Mauro İkardinin son zamanlar şəxsi həyatı ilə bağlı çox da gülmür.

 

Manset.az xəbər verir ki, atdığı qollarla Cimbom-a böyük töhfə verən və futbolsevərlərin musiqi bəstələdiyi İkardi üçün səfərbərlik elan edilib.

Sarı-qırmızılı azarkeşlər sosial şəbəkədə hashtag açaraq sevgili olan İkardiyə böyük dəstək veriblər.

Məşq zamanı fikirli görüntüsü ilə diqqət çəkən argentinalı ulduza texniki heyət və komanda yoldaşları diqqət yetirməyə qərar verib.

31 yaşlı hücumçu ötən mövsüm 25 qol və 9 məhsuldar ötürmə ilə liqanın bombardiri olub. Ümumilikdə 47 matçda 32 qol və 12 məhsuldar ötürmə ilə mövsümü başa vuran İkardinin müqaviləsi 2026-cı ildə başa çatır.


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin