"Səbail" mərakeşli forvardı transfer etdi

20:00 - 14 İyul 2024

"Səbail" heyətini daha bir hücumçu ilə gücləndirib.

 

Manset.az xəbər verir ki, "dənizçilər" Ayman Buali ilə 1 illik müqavilə bağlayıblar.

Mərakeşli futbolçu komandaya sərbəst agent kimi qoşulub. Onun çıxış etdiyi son klub "Ümraniyəspor" (Türkiyə) olub. Buali 2023/2024 mövsümündə 21 oyunda 1 qolla yadda qalıb.

Qeyd edək ki, Buali "Səbail" 4-cü əcnəbi transferi olub. Komanda bundan əvvəl ukraynalı Dmitri Litvin, albaniyalı Amir Bilali və ispaniyalı Qorka Laruçça ilə müqavilə bağlayıb.


Xəbər xətti

18 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin