İngiltərəli azarkeşlər Berlində qəza törətdi - VİDEO

18:18 - 14 İyul 2024

İngiltərəli azarkeşlər Berlində qəza törətdi - VİDEO

İngiltərə millisinin azarkeşləri AVRO-2024-ün finalında baş tutacaq İspaniya ilə oyun ərəfəsində Berlinin mərkəzində qəza törədiblər.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, sərxoş fanatlar əyləndikləri barın yanında eksponat kimi dayanan köhnə alman avtomobilini itələyərək yolun kənarına yuvarlayıblar.

Azarkeşlərin hərəkəti nəticəsində başqa bir avtomobillə toqquşma baş verib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, Berlindəki Olimpiya stadionunda keçiriləcək İspaniya - İngiltərə qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.


Xəbər xətti

18 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin