Qaxda ağır qəza - Fotolar

18:03 - 14 İyul 2024

Qaxda ağır qəza - Fotolar

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Zəyəm kəndi ərazisindən keçen hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2107 və VAZ-21015 markalı avtomobillərin toqquşması nəticəsində Qax rayon sakini Eldəniz Allahverdi oğlu Paşayev və Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Ruslan Natiq oğlu Ələsgərov xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

18 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin