Gimnastlarımız Portuqaliyada 8 medal qazandılar

17:10 - 14 İyul 2024

Gimnastlarımız Portuqaliyada 8 medal qazandılar

Azərbaycan gimnastları Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq turnirində 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

 

Manset.az xəbər verir ki, tamblinq üzrə yarışda Adil Hacızadə və Aleksey Karataşov qızıl, Tofiq Əliyev isə gümüş medal qazanıb.

Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov komanda hesabında da qızıl medala yiyələniblər.

Batut və ikili mini-batut gimnastikası üzrə Hüseyn Abbasov (2) və Ammar Baxşalıyev qızıl, Nicat Mirzəyev isə bürünc medal qazanıb.

Qeyd edək ki, “Scalabis Cup” iyulun 11-dən 13-dək keçirilib.


Xəbər xətti

18 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin