Su anbarında batan şəxsin meyiti tapıldı- YENİLƏNİB

17:22 - 14 İyul 2024

Su anbarında batan şəxsin meyiti tapıldı- YENİLƏNİB

Qazaxda su anbarında batan şəxsin meyti tapılıb.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü M.Haqverdiyevin meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Qazaxda su anbarında batan şəxsin kimliyi məlum olub.

 Ağstafa Su anbarının rayonun Bala Cəfərli kənd ərazisinə düşən hissəsində batan şəxs Daş Salahlı kənd sakini, 1996-cı il təvəllüdlü Haqverdiyev Mədət Abdulla oğludur.

O Qazaxda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimindən sonra ailəsi ilə birgə Bala Cəfərli kəndinə gedib və su anbarında çimən zaman batıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Axtarışlar davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

16:54

Qazaxda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Bala Cəfərli kəndində qeydə alınıb.

Ailəsi ilə birgə istirahətə gedən şəxs göldə çimən zaman batıb.

Onun şəxsiyyəti hələ məlum deyil, axtarışlar davam edir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

18 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin