Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu

15:31 - 14 İyul 2024

Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu

Bakıda yaşayış binasında yanğın olub.

 

Manset.az xəbər verir ki, Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 84 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan mənzilin dəhlizi 8 m² sahədə qarsalanıb və 3-cü mərtəbədə yerləşən mənzilin 1 ədəd plastikdən ibarət pəncərəsi əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbər xətti

18 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin