Azərbaycan millisi məğlub oldu - YENİLƏNİB

16:12 - 14 İyul 2024

Azərbaycan millisi məğlub oldu - YENİLƏNİB

Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda növbəti matçına çıxıb.

 

Manset.az xəbər verir ki, İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda İrlandiya yığması ilə qarşılaşıb.

Görüş rəqibin 61:58 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz ilk iki oyunda Portuqaliyaya 34:90, Böyük Britaniyaya isə 51:97 hesabı ilə uduzub. Komanda Portuqaliya, Niderland, Böyük Britaniya və İrlandiya yığmaları ilə eyni qrupda yer alıb.

11:46

İyulun 14-də Azərbaycanın 20 yaşadək oğlanlardan ibarət basketbol millisi Avropa çempionatında növbəti oyununu keçirəcək.

Manset.az xəbər verir ki, B divizionunun B qrupunda mübarizə aparan yığma üçüncü matçında İrlandiya ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 14:00-da baş tutacaq.

Milli komanda qrupun digər görüşlərində Portuqaliyaya 34:90, Böyük Britaniyaya isə 51:97 hesabı ilə məğlub olub.

Alberto Blankonun rəhbərlik etdiyi komandanın növbəti görüşü iyulun 17-də Niderlanda qarşı olacaq.

Qeyd edək ki, Rumıniyanın Piteşti şəhərində təşkil olunan Avropa çempionatı iyulun 21-dək davam edəcək.


Xəbər xətti

18 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin