Trampa atəş açanın şəxsiyyəti müəyyənləşdirildi - YENİLƏNİB

10:26 - 14 İyul 2024

Trampa atəş açanın şəxsiyyəti müəyyənləşdirildi - YENİLƏNİB

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ hüquq-mühafizə orqanları prezidentliyə namizəd Donald Trampa Pensilvaniya ştatında keçirilən mitinqdə atəş açan şəxsin kimliyini müəyyən edə bilib.

 

Manset.az xəbər verir ki, bu, 20 yaşlı Tomas Metyu Kruksdur.

09:25

ABŞ hüquq-mühafizə orqanları prezidentliyə namizəd Donald Trampa Pensilvaniya ştatında keçirilən mitinqdə atəş açan şəxsin kimliyini müəyyənləşdirməyə davam edir.

Manset.az xəbər verir ki, bu barədə Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşı Kevin Rojek mətbuat konfransında bildirib.

"Onun şəxsiyyətini müəyyənləşdirməyə yaxınıq və bu şəxsin kim olduğuna 100% əmin olduqdan sonra bu məlumatı mətbuatla paylaşacağıq", - o deyib.

Səlahiyyətli orqanların Trampa atəş açanın şəxsiyyətinin biometrik təsdiqini gözlədikləri bildirilib.



Xəbər xətti

18 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin