Milli komandamız bürünc medala sahib oldu

22:28 - 13 İyul 2024

Milli komandamız bürünc medala sahib oldu

4-cü Avropa Gimnastikası “Challenge”-də iştirak edən milli komandamız bürünc medala sahib olub.

 

Manset.az xəbər verir ki, iyulun 13-ü Norveçin Bodo şəhərində baş tutan “Gimnastika hamı üçün” növü üzrə həyat naminə 4-cü Avropa Gimnastikası “Challenge”-də iştirak edən milli komandamızın üzvləri Ləman Zeynalzadə, Aygül Babaşova, Nurcahan Əliyeva, Fidan Bədəlova, Milena Hümbətova, Aygün İsmayılova, Rəna Fətəliyeva, Sehri Teymurzadə, Maria Koleva, Tahirə Abuşova, Daria Kşnyakina, Səkina Əskərova, Tahirə Abuşova və Məryəm Həsənova bürünc medal sahibi oldular.

Qeyd edək ki, 60 komanda arasında Azərbaycan təmsilçiləri olan "Moonlight" komandasının üzvləri 3-cü yerə layiq görülüblər.


Xəbər xətti

18 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin