Azərbaycan millisi finala yüksəldi

20:09 - 13 İyul 2024

Azərbaycan millisi finala yüksəldi

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi bu gün Avropa çempionatının C divizionunda yarımfinal görüşünə çıxıb.

 

Manset.az xəbər verir ki, Albaniya ilə qarşılaşan yığmamız 92:62 hesablı qələbə qazanaraq finala vəsiqə qazanıb.

Qeyd edək ki, Evren Alkayanın rəhbərlik etdiyi kollektiv qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyib.


Xəbər xətti

18 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin