ABŞ ilə münasibətlər 2025-ci ildə dəyişəcək - Gürcüstanın Baş naziri

18:57 - 13 İyul 2024

ABŞ ilə münasibətlər 2025-ci ildə dəyişəcək - Gürcüstanın Baş naziri

Gələn ilin əvvəlindən Gürcüstanla ABŞ arasında münasibətlər əhəmiyyətli dərəcədə dəyişəcək.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Gürcüstan “xarici agentlər” haqqında qanunu qəbul etdikdən sonra ABŞ viza məhdudiyyətləri tətbiq edib və Gürcüstandakı birgə hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə salıb.

“Əminəm ki, haradasa ilin əvvəlindən Gürcüstan və Amerika Birləşmiş Ştatları arasında münasibətlərin inkişafı əhəmiyyətli dərəcədə dəyişəcək”, – Baş nazir bildirib.

O qeyd edib ki, iki ölkə arasında münasibətlərin sağalması və yenidən qurulması lazımdır və ABŞ-nin son qərarları buna kömək etmir.


Xəbər xətti

18 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin