Bakı və İrəvan masaya hansı atlasla oturur? 1920-ci illərin xəritəsi – TƏHLİL

15:30 - 28 Oktyabr 2021

Bakı və İrəvan masaya hansı atlasla oturur? 1920-ci illərin xəritəsi – TƏHLİL

Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan bildirib ki, Bakı və İrəvan arasında sərhədin delimitasiya və demarkasiya prosesinin hansı xəritəyə əsasən aparılması ilə bağlı hələlik razılıq yoxdur.

 

Lakin qeyd edib ki, xəritənin müəyyənləşməsi üzərində üçtərəfli işçi qrupu müzakirə aparır.

Manset.az xəbər verir ki, Qriqoryanın açıqlamasında diqqət çəkən əsas məqam 1920-ci illərin xəritəsinə istinad etməsidir. Ermənistan mediası sərhədin 20-ci ilin xəritələri əsasında aparılacağını yazmışdı. Qriqoryan bu informasiyanı təsdiqləmir, lakin əlavə edir ki, “Ermənistan və Azərbaycan SSR arasında sərhədin demarkasiyası prosesi məhz 20-ci illərdə başladı və sonrakı xəritələr də o illərin məlumatlarına əsasən tərtib olunub”. Və dərhal qeyd edir ki, 20-ci illərin xəritələrinin tamamilə Ermənistanın maraqlarına zidd olduğu fikri ilə razı deyil.

Qriqoryanın açıqlaması Bakının 1920-ci illərin xəritələrinin əsas götürülməsi istəyində olduğundan xəbər verir.

Hərçənd, 1920-ci illərin xəritələrində Bakı və İrəvanın fərqli yanaşması olduğu istisna deyil:

– Ermənistan 1926-1929-cu ilin xəritələrinə əsasən delimitasiyasının aparılması istəyir: bu illərdə Azərbaycan SSR-nin otlaq və əkin sahələri böyük ölçüdə Ermənistan SSR-yə verilib;

– Azərbaycan məhz 1921-cı ildə mövcud olan xəritə əsasında aparılması istəyir: bu, Ermənistan SSR-yə otlaq sahəsi kimi verilən ərazilərin da qaytarılması ilə nəticələnə bilər;

Söhbət hansı ərazilərdən gedir?

Bununla bağlı müxtəlif mənbələrə əsaslanan materiallar mövcuddur. Misal üçün, 1929-cu ilin fevralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyəti Komitəsinin qanunsuz qərarı ilə Naxçıvanın 9 kəndinin və Kilit kəndinin torpaq sahələrinin bir hissəsi Ermənistan SSR-yə verilib: Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndləri, Ordubad dairəsinin Qorçevan kəndi, həmçinin, Kilit kəndinin əkin və otlaq sahələri; nəticədə Naxçıvanın ərazisi 5988 kvadrat kilometr azaldı;

Bu, Türkiyə və Rusiya arasında 1921-ci ildə imzalanan Moskva və Qars müqaviləsinə də ziddir.

Sərhədlərin delimitasiyası 1921-ci ilin əsasında aparılarsa, Ermənistana qanunsuz verilən əkin və otlaq sahələrinin qaytarılmasına nail ola bilər və bu, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinin bir qismi Azərbaycan sərhədlərinə daxil ediləcək.

Asif Nərimanl


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin