Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
07:30 - 11 İyul 2024
Qazaxıstanlı məşhur sənətçi Aidana Kabdylova Bakıya gəlib.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, Aidana Kabdylova Bakının ən mənzərəli yerlərindən biri olan Dağüstü parkda dombra ifası ilə diqqət çəkib.
Sənətçi bununla bağlı İnstaqram hesabında paylaşım edib. Aidana Kabdylova sözügedən ifasını Milli Dombra Gününə həsr edib.
"Dombra Gününüz mübarək olsun", - deyə Kabdylova paylaşımında qeyd edib.
Onu da bildirək ki, Aidana Kabdylova 6 yaşından bəri dombra ifa edir. İstanbulda yaşayan məşhur sənətçinin 25 yaşı var.
Qeyd edək ki, Qazaxıstanda hər il iyulun ilk bazar günü qazaxıstanlılar Milli Dombra Gününü qeyd edirlər. Milli Dombra Günü 2018-ci ildə prezidentin sərəncamı ilə təsdiq edilib. Bayram milli mədəniyyəti və özünəməxsusluğu qoruyub saxlamaq və yaşatmaq məqsədi ilə təsdiq edilib.
Aidana Kabdylovanın Bakıda lentə alınan ifasını təqdim edirik:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin