İranda 13 əyalətdə iş olmayacaq - SƏBƏB

17:40 - 10 İyul 2024

İranda 13 əyalətdə iş olmayacaq - SƏBƏB

İranın 13 əyalətində iyulun 11-də elektrik enerjisi istehsalı və istehlakında tarazlığın pozulması, eləcə də yüksək temperatur və rekord istehlak səbəbi ilə müəssisələrdə, həmçinin dövlət orqanlarında işlər dayandırılacaq.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı İSNA yayıb.

Bildirilib ki, Semnan, Zəncan, Xuzestan, Qum, Buşehr, Mərkəzi, İsfahan, Yəzd, Sistan və Bəlucistan, Çaharmahal və Bəxtiyari, Kerman, Cənubi Xorasan, Loristan əyalətlərində əlverişsiz hava şəraiti ilə əlaqədar iyulun 11-i istirahət günü elan edilib.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin