Tomas Müller milli komandadakı karyerasını bitirdi

17:00 - 10 İyul 2024

Tomas Müller milli komandadakı karyerasını bitirdi

"Bavariya"nın futbolçusu Tomas Müller Almaniya millisindəki karyerasını başa vurub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Tomas Müller 2010-cu ildən yığmanın formasını geyinir və 2014-cü ildə dünya çempionu olub.

O, 2022-ci ildə Qətərdə keçirilən mundialdan sonra milli ilə vidalaşdığını açıqlasa da, yenidən komandaya qayıtmışdı.

Qeyd edək ki, Almaniya millisi AVRO-2024-ün 1/4 finalında əlavə vaxtda İspaniyaya uduzub və turnirlə vidalaşıb - 1:2.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin