Putin Paşinyanı təbrik etdi

22:41 - 24 İyun 2021

Putin Paşinyanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın telefon danışığı olub.

Manset.az  “”Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Putin Paşinyanı növbədənkənar parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

“Tərəflər regiondakı vəziyyət, 9 Noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatların bəndlərinin tətbiqindəki irəliləyiş məsələlərinə toxundular”, - deyə məlumatda bildirilir.

Rəviyyə Cəfərzadə


Xəbər xətti

10 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin