Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

20:03 - 8 İyul 2024

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İranın yeni seçilən Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

 

Manset.az xəbər verir ki, Türkiyə Prezidenti seçkilərdə qazandığı qələbə münasibətilə iranlı həmkarını təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.

Liderlər ölkələri arasında ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan Türkiyə-İran əlaqələrinin keçmişdən aldığı güclə yeni dövrdə də bütün sahələrdə inkişafının davam edəcəyinə inamını vurğulayıb.


Xəbər xətti

6 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin