Pensiyalarda bu qədər artım olacaq - DƏQİQ RƏQƏM
16 Noyabr 2024
07:50 - 28 Oktyabr 2021
Polis İdarəsindən silah oğurlamaqda təqsirləndirilən polis əməkdaşlarının məhkəməsi başlayıb. Oğurluqda keçmiş polis əməkdaşları ittiham olunur.
Manset.az İTV-yə istinadən xəbər verir ki, hadisə Sabunçu rayon Polis İdarəsində qeydə alınıb. İbtidai istintaqı yekunlaşan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İttihama görə, Sabunçu rayon Polis İdarəsində “Zəfər K” tapançalarından birinin yoxa çıxması 2020-ci ilin dekabrında üzə çıxıb. Bakı şəhər Baş Polis İdarəsi tərəfindən aparılan yoxlama nəticəsində məlum olub ki, silahların sayında çatışmazlıq var.
Silahın axtarışları dörd ay davam edib və 2021-ci ilin aprelində Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Musa Allahverdiyev və Post-Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayev bu məsələ ilə əlaqədar saxlanılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin