"Səbail" ukraynalı futbolçunun transferini açıqladı

18:38 - 8 İyul 2024

“Səbail” heyətinə daha bir futbolçu qatıb.

 

Manset.az İdman.biz-ə istinadən xəbər verir ki,, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Paytaxt təmsilçisi Dmitri Litvinlə müqavilə imzalayıb. Kiyev “Dinamo”sunun yetirməsinin son klubu Portuqaliya təmsilçisi “Lusitaniya” olub.

28 yaşlı müdafiəçi karyerası ərzində Ukraynada “Metallist”, “Zarya”, “Olimpik”, Portuqaliyada “Aveş”, “Fefe”, “Real” (Keluş), Rusiyada “Akron”, “OİK Xabarovsk”, Farer adalarında “Klaksvik”in formasını geyinib.

Qeyd edək ki, Litvin Ukraynanın U-21 millisinin də şərəfini qoruyub.


Xəbər xətti

6 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin